|
BMT-nin kortejini biz vurmamışıq - Rusiya
Rusiya və Əsəd rejiminə aid hərbi təyyarələr BMT-nin humanitar yardım daşıyan kortejini hədəf almayıb.
 
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
 
“Rusiya və Suriya qırıcıları BMT-yə aid kortejə atəş açmayıb. Kortejin marşrutu hərbçilərin nəzarətindəki bölgədən keçdiyi üçün Rusiyanın Atəşkəsə Nəzarət Qururmu tərəfindən izlənilib”, - Konaşenkov bildirib.
 
Qeyd edək ki, Suriyanın Hələb şəhərində BMT-yə aid humanitar yardım korteji atəşə tutulmuşdu. Hücum zamanı 20 nəfər öldürülmüş, 18 avtomobil isə yararsız hala salınmışdı.
Cia.az