|
İtaliya siyasətçisi: “AB Britaniyasız dağınıq görünür”
Avropa Birliyi Böyük Britaniya olmadan daha dağınıq görünür.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İtaliyanın NATO-dakı keçmiş nümayəndəsi Stefano Stefanini söyləyib.
 
Onun sözlərinə görə, AB liderlərinin Bratislava görüşü uğursuzluqla nəticələndi.
 
Qeyd edək ki, bundan öncə Bratislavada AB liderlərinin qeyri-rəsmi sammiti keçirilib. Görüşdə əsas müzakirə mövzuları AB-nin gələcəyi, miqrant böhranı və Avropanın təhlükəsizlik və müdafiə siyasətinin gücləndirilməsi olub.