|
Obama İsraili işğalçı adlandırdı
Fələstinlilər İsraili tanımalı, İsrail isə işğaldan imtina etməlidir.
 
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının sessiyasında deyib.
 
"Əgər fələstinlilər İsrailin qanuniliyini tanıyarlarsa, İsrail də etiraf edərsə ki, Fələstin torpaqlarını daim işğal edə bilməz- onda həm israillilər, həm də fələstinlilər üçün yaxşı olar", - deyə Obama vurğulayıb.
 
Obama təəssüflə bildirib ki, son vaxtlar dünyanın daha təhlükəsiz olduğuna və çiçəklənməsinə baxmayaraq, dövlətlər tez-tez dağıdıcı qaçqın böhranına, terrorizmə və Yaxın Şərqdə nizam dəyişikliyinə qarşı durmalı olurlar.
Cia.az