|
S&P 2016-cı ildə neftin qiymətinə dair proqnozunu yaxşılaşdırıb
S&P Global Ratings (S&P) beynəlxalq reytinq agentliyi 2016-cı ildə neftin qiymətinə dair proqnozunu yaxşılaşdırıb. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  yenilənmiş proqnoza əsasən, 2016-cı il üçün  “Brent” və  WTI markalı neftin bir barelinin qiyməti 40 dollardan 42,5 dollaradək qaldırılıb.    
 
Agentlik hesab edir ki, neftə olan tələbatın artması  yaxın bir neçə il ərzində qeyri-stabil olacağına baxmayaraq, müsbət qalacaq.  
 
“Neftin hazırkı bolluğu orta müddətli və uzaq müddətli perspektivdə artıq  müşahidə olunmayacaq”, - deyə məlumatda qeyd olunur. Bu yeni layihələrin azlığı və yataqların tükənməsi ilə izah olunur.  
Cia.az