PKK İraqın Qəndil dağından çıxardığı xam nefti İrana satmağa hazırlaşır.
Axar.az xəbər verir ki, bu iddia kürd dilində yayımlanan “Bas” qəzetində yer alıb. Xəbərdə PKK-nın təyin etdiyi xüsusi qrupun sözügedən ərazidən nefti çıxarmaq üçün kəndlərə 5 km-lik yol çəkdiyi bildirilib.
PKK-nın Sergela kəndindən çıxardığı nefti Perdalaşe qəsəbəsinə, oradan da Dolu Balayan bölgəsinə çatdıraraq daha sonra İrana satmağı hədəflədiyi vurğulanıb.
Qeyd edək ki, bölgə rəsmiləri məsələdən xəbərsiz olduqlarını bildiriliblər.
Cia.az
