|
Pan Gi Mun Barak Obamanı təkbətək qolf oyununa dəvət edib

BMT-nin Baş katibi Pan Gi Mun Baş Assambleyanın iclasında iştirak üçün Nyu-Yorka gəlmiş ABŞ prezidenti Barak Obamanı qolf meydançasında təkbətək oyuna dəvət edib. 

 
"Report" xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb. Məlumata görə, rəsmi ziyafətin gedişatında BMT-ın baş katibi Obamaya tezliklə onların ikisinin də işsiz olacağını xatırladıb. "Biz məşğuliyyət tapmalıyıq. Sizi qolf oyununda təkbətək görüşə çağırıram. Qolf oynayaq", - deyə Pan Gi Mun bildirib. 
 
Qeyd edək ki, BMT-ın baş katibi Baş Assambleyanın iclasında iştirak üçün Nyu-Yorka gəlmiş təşkilata üzv dövlətlərin rəhbərləri üçün nahar ziyafəti təşkil edib. 
Cia.az