|
Qubada 6 yaşlı uşağı maşın vurub
Qubada yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Gülay Mikayılovanı maşın vurub. O, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Azyaşlıya sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.
 
Faktla bağlı araşdırma aparılır.
Cia.az