|
Azərbaycan Dövlət Filarmoniyasında “Musiqi çələngi”

Sentyabrın 22-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Musiqi çələngi” adlı konsert proqramı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, konsert proqramı Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq. AzTV-nin Niyazi adına simfonik orkestri və C.Cahangirov adına xorunun iştirakı ilə reallaşacaq konsertin dirijoru və bədii rəhbəri Əməkdar Artist Ramil Qasımovdur.

Gecədə respublikanın tanınmış ifaçılarının repertuarında yalnız Azərbaycanın görkəmli bəstəkarlarının musiqi əsərlərindən ibarət kompozisiyalar təqdim ediləcək.

Cia.az