|
“Neymar oxuyur, oynayır və məhv edir” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Barselona” ilə bu həftə La Liqanın 5-ci turunda keçiriləcək oyun ərəfəsində açıqlama verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis onun rəhbərliyi altında komandasının hələ “Nou-Kamp”da qələbə qazana bilmədiyini söyləyib: “Bu həftə tilsimi qırmağa çalışacağıq”.
Simeone rəqibin futbolçusu Neymar haqda danışıb: “O, qeyri-adi oyunçudur. Neymar öz istedadını sübut etmək üçün “Barselona”da yer tapdı. Onun özünəməxsus oyun üslubu var. Neymar oxuyur, oynayır və məhv edir. O, həmişə öz yerində - meydandadır”.

Cia.az