|
Yaya Ture millidən getdi

“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture Fil Dişi Sahili millisindəki çıxışını başa vurub. 

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu barədə futbolçu özü açıqlama verib. O qeyd edib ki, daha yığmanın formasını geyməyəcək. 

Qeyd edək ki, 33 yaşlı afrikalı futbolçu millidə keçirdiyi 100-ə yaxın oyunda 19 qol vurub. Yaya Ture Fil Dişi Sahilinin heyətində 6 dəfə Afrika Millətlər Kubokunda, 3 dəfə dünya çempionatında çıxış edib.

Cia.az