|
Hamilə aktrisadan maraqlı paylaşım - foto

Türk aktrisa Akasya Aslıtürkmən uzun müddət birlikdə olduğu Sərdar Özərmanla ötən ay hamilə ikən ailə qurmuşdu.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda 8 aylıq hamilə olan 39 yaşlı aktrisa 1 ay sonra körpəsini qucağına alacaq.

Aktrisa ultrasəs müayinəsinin nəticəsini sosial mediada yazaraq belə yazıb:

“Bu mənim qızım Peradır. Həkimim çağırmasa utanmadan doğuşa gedəcəm. Amma hələ ki, gözləməliyəm”.

Cia.az