|
Rusiyada yaşayan 27 yaşlı azərbaycanlı qonşuda gizlənən arvadını doğradı

Rusiya Federasiyasının Koqalım şəhər sakini 27 yaşlı Orxan Salahov məhkəmənin qərarı ilə 9 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Koqalım şəhər İstintaq İdarəsinin mətbuat xidmətindən bildirilib ki, təqsirləndirilən şəxsin bir il öncə - 19 avqust 2015-ci ildə qeyri-rəsmi nikahda yaşadığı qadınla aralarında münaqişə yaranıb. Münaqişənin hansı səbəbdən baş verməsi barədə məlumat verilməyib. İnsident nəticəsində qadın qonşuya qaçaraq orada gizləməyə çalışsa da, buna nail ola bilməyib. Belə ki, O.Salahov onun dalınca qonşuya gələrək qapını döyüb, onu içəri buraxmalarını xahiş edib. Qonşu qapını açarkən Orxan içəri soxularaq əlindəki bıçaqla həyat yoldaşına boyun nahiyəsindən ardıcıl zərbələr endirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada keçinib.

İstintaq zamanı O.Salahov törətdiyi cinayəti etiraf edib.

Cia.az