Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 4-dək təxirə salınıb.
Bu barədə jurnalistlərə açıqlamasında vəkil Cavid Rzazadə məlumat verib. O bildirib ki, A.Covdarovun vəkili Sadiq Rəsulov prosesə gəlmədiyi üçün məhkəmə təxirə salınıb.
Çovdarov dövlətin təyin etdiyi vəkildən imtina edib.
Cia.az
