|
Dollar bu gün neçəyədir?

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən cia.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 19-u ilə müqayisədə dəyişməyərək 1,6370 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,1% möhkəmlənərək 1,8291 manat olub.

Cia.az