JapanTobaccoInternational (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirmişdir. Sayca altıncıolan layihə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Şamaxı rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilib.
Açılış mərasimində çıxış edən Şamaxı rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov və MQF-nin prezidenti Rauf Zeynilayihə haqqında məlumat vermiş və layihənin əhəmiyyətini qeyd edərək onun icrasında maliyyə dəstəyi göstərdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildirmişlər. Daha sonra çıxış edən JTI şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Roberts İnapss JTI şirkətinin ölkədə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsini şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmişdir. O, MQF-yə əməkdaşlığa görə təşəkkür etmiş və belə layihələrin davam etdiriləcəyini bildirmişdir. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.
Su təchizatı qurğusunun ümumilikdə qəsəbə və ondan kənarda yaşayan 5,000-ə qədər insanı içməli su ilə təchiz edəcəyi gözlənilir. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılmış, müvafiq borular və dörd tonluq çən quraşdırılıb.
2014-cü ildən başlayaraq JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Lerik, Balakənvə Yardımlı rayonlarının müxtəlif kənd və qəsəbələrində içməli su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 25,000-ə yaxın insan içməli su ilə təmin edilib.
Cia.az
