|
Pyer Rişar və Jerar Depardyedən yeni film

Fransada Anton Çexovun əsərlərinin motivləri əsasında filmin çəkilişləri başlayıb.

AzVision.az xəbər verir ki, film bir neçə novelladan ibarət olacaq. Novellaların birində Fransa kinosunun əfsanələri Pyer Rişar və Jerar Depardye birgə çəkiliblər. Onlar Anton Pavloviç Çexovun "Aqafya" hekayəsinin əsasında ekranlaşdırılan novellada rol alıblar. Filmdə Jerar Depardye qadınlar arasında populyar olan işsiz kəndli Savka rolunu, Pyer Rişar isə onun dostunu canlandırıb.