|
Bağdadda silsilə partlayışlar nəticəsində 10 nəfər ölüb, 27 nəfər yaralanıb
Bağdadın bir neçə rayonunda törədilmiş silsilə partlayışlar nəticəsində 10  nəfər ölüb, 27 nəfər yaralanıb.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Əl-Mədayin rayonunda baş verən partlayışda 5 nəfər ölüb, 20 nəfər yaralanıb, Əl-Yusufiyyə bölgəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
 
Daha iki nəfər Bağdadın digər ərazilərində baş verən terror aktlarının qurbanı olub.
 
Partlayışlara görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Cia.az