|
Bakıda müəllim oğlu anasının dərsində səs salan şagirdi döydü
Qaradağ rayonunda qanlı hadisə baş verib. 
Ələt qəsəbəsində ağır xəsarətlər alan məktəbli xəstəxanaya gətirilib. 
Yaralı 16 yaşlı Muradov Mustafa Fazil oğluna tibbi yardım göstərilib. Həkimlər kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri alan Mustafa Muradovun həyatı üçün təhlükə olmadığını bildiriblər. 
 
Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, 127 saylı orta məktəbin şagirdi Mustafa Muradov müəlliminin oğlu tərəfindən döyülüb. Müəllim oğlu Mustafanı anasının dərsində səs saldığı üçün döyüb. 
 
Faktla əlaqədar Qaradağ Rayon polis idarəsində araşdırmalara başlanılıb.
Cia.az