Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlının yeni kitabı Tbilisinin nüfuzlu “Universal” nəşriyyatında gürcü dilində çapdan çıxıb.
AAB-dən AZƏRTAC-a bildirilib ki, Orxan Paşa təxəllüsü ilə şeirlər yazan müəllifin kitabını gürcü dilinə Avto Çxaidze və Mirzə Məmmədoğlu tərcümə edib. Nəşrin redaktoru Almaz Maşovdur. Kitabda müəllifin 65 şeiri yer alıb.
Cia.az
