|
Bəstəkar və pianoçu Ülviyyə Hacıbəyova konsert proqramı ilə çıxış edəcək

Sentyabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkar, pianoçu, professor Ülviyyə Hacıbəyova konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, konsert proqramı Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq.

Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, dünya bəstəkarlarının əsərləri də səsləndiriləcək.

Cia.az