Egey dənizində qeyri-qanuni miqrant axını ilə bağlı yürütdüyümüz siyasətin tayı-bərabəri yoxdur.
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT toplantısında çıxışı zamanı deyib.
“Miqrantların qeyri-qanuni köçünün qarşısını almaq və onların qayda ilə axınını təmin etmək üçün əlimizdən gələn hər şeyi edirik. İnsan alverinə qarşı mübarizə aparırıq. Hər kəsin çox yaxşı bildiyi açıq qapı siyasətimiz davam edir. 6 aydır ki, Türkiyənin sularında heç kim ölmədi. Son 6 aydakı fəaliyyətimiz nəticəsində 300 mindən çox miqrant Avropaya getmək fikrindən daşındı. Bu model digər ölkələr üçün də örnək ola bilər”, - Çavuşoğlu bildirib.
Cia.az
