|
ABŞ və Rusiya yenidən Suriyanı müzakirə edəcək
ABŞ, Rusiya və digər ölkə nümayəndələri çərşənbə axşamı Nyu Yorkda Suriya böhranını müzakirə edəcək.
 
Axar.az xəbər verir ki, bu haqda məlumatı “Frans Press” nəşri yayıb.
 
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tonerin sözlərinə görə, tədbirdə Rusiya XİN rəhbəri, ABŞ Dövlət Departamentinin rəhbəri iştirak edəcək.
 
Görüşün BMT Baş Assambleyasının iclası zamanı baş tutacağı ehtimal olunur.
Cia.az