|
Ruslar Hələbdə atəşə tutuldu, canlı yayım kəsildi
Suriyanın Hələb şəhərində Rusiyanın Atəşkəsə Nəzarət Qurumunun çəkiliş komandası terrorçuların hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin 19 sentyabr, 21:00 radələrində sözügedən qrupun canlı yayım etdiyi zaman baş verdiyi bildirilib: “Hücum nəticəsində canlı yayım kəsildi. Xoşbəxtlikdən çəkiliş komandasını qoruyan rus hərbçilərindən heç kim xəsarət almayıb”.
 
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin tapşırığı ilə 15 sentyabrdan bəri Hələbdən canlı yayım verilir.
Cia.az