|
BMT Baş Assambleyasında ümumi siyasi diskussiyalar başlayır
BMT Baş Assambleyasının 71-ci sessiyasında dövlət, hökumət və xarici siyasət idarələri başçılarının iştirakı ilə ümumi siyasi diskussiya başlayır.
 
APA-nın məlumatına görə, bu il Baş Assambleyanın sessiyasında iştirak etmək üçün Nyu-Yorka 130 dövlət və hökumət başçısı, 50 XİN rəhbəri səfər edib. Diskussiyalar çərçivəsində 1000-dək görüşün keçiriləcəyi nəzərdə tutulub.
 
BMT Baş Assambleyasının 71-ci sessiyasında əsasən qaçqın və miqrantların problemi, eləcə də  Suriya böhranı diqqət mərkəzində olacaq. 
 
Xatırladaq ki, Azərbaycanı tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Səfər çərçivəsində E. Məmmədyarov BMT Baş Assambleyasında 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxış edəcək, çoxsaylı ikitərəfli görüşlər keçirəcək. 
Cia.az