Bakıda yanğın hadisəsi baş verib.
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Masazır kəndində doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 15 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cia.az
