|
Səudiyyə Ərəbistanı 2,5 milyon suriyalı qaçqını qəbul edib

Suriyada münaqişə başlayandan bu yana 2,5 milyon yerli vətəndaş Səudiyyə Ərəbistanına qaçıb. 

 
"Report" xəbər verir ki, bu barədə BMT-də keçirilən kütləvi miqrasiya problemləri üzrə forumda vəliəhd şahzadə Məhəmməd ibn Naif Əs-Səud məlumat verib. "Səudiyyə Ərəbistanı böhran başlayandan 2,5 milyon suriyalını qəbul edib, onlara rahat işləmək və yaşamaq imkanı verib", - deyə Səudiyyə monarxının vəliəhdi bildirib. 
 
"Ər-Riyad 141 min suriyalı məktəbliyə pulsuz oxumaq imkanı yaradıb və qonşu ölkələrdə milyonlarla suriyalıya yardım göstərib", - deyə o əlavə edib.
Cia.az