|
Ağdamda avtomobilin vurduğu 6 yaşlı məktəbli ölüb
Ağdamda avtomobillə vurulan 6 yaşlı məktəbli xəstəxanada dünyasını dəyişib.
 
 Bu barədə APA-nın Qarabağ bürosuna Ağdam Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Həkimlər ağır xəsarətlər alan azyaşlını xilas edə bilməyiblər.

 Qeyd edək ki, hadisə bu gün Quzanlı qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü  Elgün Təhməzlinin idarə etdiyi  “VAZ 2106” markalı,  02 BN 358 dövlət nömrə nişanlı maşınla  6 yaşlı məktəbli Məmmədova Zəhra Mayis qızını vurduqdan sonra avtomobili daş hasara çırpıb.
cia.az