|
Bakı Avtovağzalı yeni reyslər açır

Yaxın günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Bakuriani, Bakı-Barjomi, Bakı- Kiyev reysləri açılacaq.

Bu haqda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Modern.az-a verilən məlumatda bildirilib.

Həmçinin, məlumatda həmin şəhərlər barədə informasiya verilib


Bakuriani
 – dəniz səviyyəsindən 2700m hündürlükdə yerləşən Gürcüstan Respublikasının qış istirahət mərkəzidir.

Barjomi - Gürcüstanın cənub-qərbində yerləşən kurort şəhəridir. Şəhər öz məşhur Borjomi mineral suyu ilə tanınır.

Kiyev həmçinin Ukraynanın mədəniyyət və incəsənət mərkəzidir. 

Cia.az