“Visente Kalderon” stadionunda “Atletiko”nun yeni transferi Fernando Torresin təqdimat mərasimi olub.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, təqdimat mərasiminə 45 min azarkeş gəlib.
Torres “Land of fire Azerbaijan” formasını geyinərək azarkeşlərin qarşısına çıxıb.
Qeyd edək ki, yeddi il yarımlıq fasilədən sonra keçmiç komandası “Atletiko”ya qayıdan Torres 19 nömrəli forma altında çıxış edəcək.
