|
"İncir"in ifaçısı Azərbaycana gəlir

Türkiyəli müğənni İlyas Yalçıntaş Bakının qonağı olacaq. 

Axşam.az-ın məlumatına görə, məşhur "İncir" mahnısının ifaçısı sentyabrın 28-də konsert verəcək. Tədbir “Capitol club”da baş tutacaq. 

İlk dəfə Bakıya gələcək İlyas “İçimdeki duman” albomundakı sevilən mahnılarını səsləndirəcək. 

Gecədə türkiyəli ifaçı ilə yanaşı səhnəyə yerli tanınmışlar – Səidə Sultan, Niyam Salami, Ramal İsrafilov, reperlər Elşad Xose, Qurd  və başqaları çıxacaq. 

Gecənin informasiya dəstəyi Axşam.az saytıdır. 

Biletləri klubdan əldə etmək olar.

Cia.az