Əgər Kiyev Donetsk Xalq Respublikasına qarşı hərbi əməliyyatları dayandırmasa, sabahdan atəşkəs qərarı ləğv olunacaq.
Axar.az xəbər verir ki, bunu qondarma Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko bildirib. Separatçı lider bildirib ki, Ukrayna atəşkəs təkliflərinə qulaq asmayıb:
“Düzdür, atışma və təxribatların sayı azalıb, amma 15 sentyabrdan bəri Ukrayna tərəfindən atəş səsləri kəsilmir”.
Cia.az
