İtaliya “A” seriyasında IV turun oyunları keçirilir.
Qol.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la bir qrupda yer alan “Fiorentina” növbəti matçını keçirib.
Florensiya klubu öz meydanında “Roma”nı qəbul edib. Badeljin 82-ci dəqiqədə vurduğu qol “Fiorentina”ya 1:0 hesablı qələbə qazandırıb.
Xallarının sayının 6-ya çatdıran “Fiorentina” hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Cia.az
