|
Bodrumda ev axtarırlar

10 ildir hər yay Bodrumda bir oteldə dincələn Orhan Gencebay və Sevim Emre bu il fərqlilik edib.

Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, cütlük oradan ev kirayə tutub. 

Kirayə haqqı 7 min avro olan evdə qalan Orhan və Sevim bu yaykı istirahətindən razı qalıb. Buna görə də cütlük Bodrumda ev almaq qərarı verib. 

Ev alqı-satqısı ilə məşğul olan iş adamlarına xəbər göndərən Gencebay evin qiymətinin 1 milyon lirədən (təxminən 500 min manat) baha olmamasını istəyib.

Cia.az