|
Özcan Dənizi sevgilisindən o ayırdı?

Müğənni, aktyor və rejissor Özcan Dənizin 5 illik sevgilisi Buse Narcıdan ayrılığının səbəbi ilə bağlı maraqlı iddia səsləndirilib.

Axşam.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, 44 yaşlı Ö.Dənizin ilə özündən 21 yaş kiçik sevgilisinin arasına aparıcı Murad Başoğlunun girdiyi bildirilir.

İddialara görə, evli və bir uşaq atası M.Başğlu Buseyə ardıcıl mesajlar yazıb. Bunu öyrənən Özcan öncə aparıcı ilə mübahisə edib, daha sonra da Busedən ayrılıb.

Murad və Özcan məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.

Cia.az