Türk müğənni Ferhat Göçer Kiprdə konsert verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı ifaçı yeni saç stili ilə diqqət çəkib.
F.Göçer özünü fotoqraflardan gizlətməyə çalışsa da, buna nail ola bilməyib. Müğənni yeni imici barədə bunları deyib:
“Uzun müddətdir dəyişiklik etmək istəyirdim. Saçımı uzadaraq arxadan toplamağa çalışıram. Hazırda çox qısadır. Biraz uzananda daha aydın görünəcək. Saç ustam belə etməyi məsləhət gördü”.
F.Göçer noyabrda yeni albom təqdim edəcəyini də söyləyib.
cia.az
