|
BMT TŞ-da Suriya üzrə məsləhətləşmələr ləğv olunub
BMT Təhlükəsizlik Şurasında Suriya üzrə keçiriləcək məsləhətləşmələr Rusiya və ABŞ-ın təşəbbüsü ilə ləğv olunub.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə sentyabrda TŞ-da sədrlik edən Yeni Zelandiya nümayəndəsi bildirib.
 
“Sentyabrın 16-da keçirilməyi nəzərdə tutulan Suriya üzrə məsləhətləşmələr Rusiya və ABŞ-ın təşəbbüsü ilə ləğv olunub”, -deyə nümayəndə qeyd edib.
 
Məlumata görə, görüşdə ABŞ və Rusiya arasında Suriya böhranı ilə bağlı əldə edilən son razılaşmaların detalları açıqlanmalı idi. 
Cia.az