|
Ronaldo PSJ-yə gedir?

"Real”ın hücumçusu Kriştianu Ronaldonun meneceri Jorje Mendeş portuqaliyalı futbolçunun Madird təmsilçisindən ayırlacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, o, təcrübəli forvardın “Kral klubu”nu PSJ-yə dəyişməyəcəyini deyib.

Mendeş vurğulayıb ki, Ronaldo karyerasını “Real”da başa vuracaq: “Kriştianu Ronaldo PSJ-də? Bu, mümkün deyil. O, karyerasını “Real”da bitirəcək. Ronaldo bütün vaxtların ən yaxşı oyunçusudu”.

Xatırladaq ki, Ronaldo 2009-cu ildən “Real”da çıxış edir. Porutaqliyalı futbolçunun madridlilərlə 2018-ci ilə qədər müqaviləsi var.