Hökumət ABŞ Milli Təhlükəsizlik Agentliyinin eks-əməkdaşı Edvard Snoudeni bağışlamalıdır.
Axar.az xəbər verir ki, bu sözlər ABŞ senatoru Berni Sandersin “Qardian” qəzetində dərc olunan məqaləsində yer alıb.
Onun sözlərinə görə, Snoudenin açıqlamaları ABŞ-ın xeyrinə bir sıra addımların atılmasına səbəb olub. O, ABŞ əhalisinin total izləmələrə məruz qaldığını və xüsusi xidmət orqanlarının öz səlahiyyətlərindən sui-istifadə etdiklərini Snouden sayəsində öyrəndiyini bildirib.
Qeyd edək ki, Snouden 2013-cü ildə ABŞ-dan qaçıb. O, hazırda Rusiyada yaşayır. Məhz Snouden ABŞ kəşfiyyatının total izləmələri necə apardığını ictimaiyyətə açıqlayıb. Bundan sonra Vaşinqton ona casusluq maddəsi ilə cinayət işi açıb.
