|
Niderlandda ölümdən sonra orqan donorluğu məcburi ola bilər
Niderland Krallığı parlamentinin Nümayəndələr Palatası (Aşağı Palata) ölümdən sonra donor orqanlığının məcburi olması haqqında qanunlar paketini qəbul edib.
 
"Report" UNİAN-a istinadən xəbər verir ki, parlamentin 150 deputatından 75-i qanun layihəsinin lehinə, 74 -ü isə əleyhinə səs verib. Bir deputat iclasda iştirak etməyib.
 
Qanun layihəsinin təşəbbüskarı "Demokratlar-66" Partiyasıdır. Qanun Niderland senatı (Yuxarı Palata) və kralı tərəfindən təsdqiləndikdən sonra qüvvəyə minəcək.
 
Xatırladaq ki, Ekvadorda və Uruqvayda ölümdən sonra orqan donorluğunun məcburi olması barədə qanun 2012-ci ildə qəbul olunub. 
Cia.az