Bakı-Şamaxı yolunda qəza baş verib.
FHN-dən CİA.Az-a verilən məlumata görə, yolun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük avtomobilinin 1990-cı il təv. Əliyev Elmil Elşən oğluna məxsus “Mercedes” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 16:34-də başa çatıb.
