|
Hillari Klinton özünü yaxşı hiss etdiyini bildirib
ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton jurnalistlərə özünü yaxşı hiss etdiyini bildirib. 
 
APA-nın “RA Novosti”yə istinadən verdiyi xəbərə görə, Klinton sentyabrın 16-da Şimali Karolinada çıxışı zamanı jurnalistləri maraqlandıran bütün sualları cavablandıracağını vəd edib.  
 
“Mən özümü əla hiss edirəm, sağ olun!”, - deyə Klinton təyyarəsinin göyərtəsində KİV nümayəndələrinə bildirib.   
 
Demokratlar Partiyasından prezidentliyə namizəd digər suallara cavab verməkdən boyun qaçırıb. 
Cia.az