"Bildiyiniz kimi Konstitusiya hər ölkənin ən əsas sənədidir və ona dəyişikliklər çox ciddi məsələdir".
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O qeyd edib ki, bununla bağlı azərbaycanlılar özləri qərar verməlidirlər.
Səfir vurğulayıb ki, referendum üçün açıq sərbəst və məlumatlı şərait yaradılmalıdır: "ABŞ da seçkilər ərəfəsindədir. Mətbuata müxtəlif məlumatlar əks olunur. Demokrat quruluşin əsas göstərici odur ki, müxtəlif fikirlərin olduğu debatlar təşkil olunsun".
* * *22:00
ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi dəyişməzdir.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib: "Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Ötən həftə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiya Xarici İşlər naziri ilə münaqişənin həlli ilə bağlı müzakirələr aparıb".
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini vacib hesab edir. Regionda sabitlik və sülhün təmin olunması üçün münaqişə tərəflərinin bir araya gəlməsi və bu istiqamətdə çalışmaları gərəkdi", - deyə Sekuta bildirib.
Səfir əlavə edib ki, ABŞ Azərbaycan hökuməti ilə bu istiqamətdə çalışır.
Cia.az
