|
Rusiyanın Baş Qərargah rəisi türkiyəli həmkarı ilə görüşdü: '11 il sonra baş tutan səfər...'
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla türkiyəli həmkarı Hulusi Akar arasında baş tutan görüş yüksək atmosferdə keçib.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin hərbi dairələri məlumat yayıb.
 
“11 il sonra baş tutan səfər Rusiyanın Türkiyəyə olan inamının və Ankaranın bölgədə güclü bir dövlətə çevirilməsinə olan hörmətin göstəricisidir. Yaxın gələcəkdə bu müzakirələrin hər iki tərəfə müsbət təsirinin olacağını ümid edirik”, - açıqlamada bildirilib.
 
Qeyd edək ki, Gerisomuvun Türkiyəyə səfəri bu gün başlamışdı.
Cia.az