|
İlk qaradərili senator öldü

BŞ Senatına seçilən ilk qaradərili Massaçusetsdən olan respublikaçı Edvard Bruk 95 yaşında vəfat edib.

ANS PRESS-in məlumatına görə, xəbəri "Reuters" Respublika partiyasına istinadən xəbər verib.

Senata seçilməzdən əvvəl 1966-cı ildə Edvard Bruk Massaçutetsdə baş prokuror vəzifəsində işləyib. O dövrlərdə də indiki kimi ölkə irqçilik qalmaqalına bürünmüşdü.

Bruk Vyetnamda ordunun yığılmasına qarşı olub, eləcə də Uotergeyt skandalından sonra ABŞ prezidenti Riçard Niksonun istefasını tələb edən ilk respublikaçı-senator olub.

Ölümün təfərrüatları barədə məlumat verilməyib.