|
"İlk oyun həmişə ağır olur. Bütün klublar qrup mərhələsinə yaxşı başlamaq istəyir. Son saniyələrdə qol vurmağımıza baxmayaraq futbolçulardan razı qaldım. Oyunçular sonadək mübarizə apardılar. Bu oyun bizim üçün böyük təcrübə oldu. Qol imkanlarımız çox idi. 2:1, 3:1 hesabı ilə öndə ola bilərdik, amma məğlub duruma düşdük. Yaxşı başladıq. Bu turnirdə hər bir xal çox önəmlidir. Sona kimi mübarizə aparacağıq, çətinlikdən qorxmuruq". Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Slovan"la oyundan (2:2) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb. - Məncə də hakimin yanlış qərarları var idi. Amma bu haqda dəqiq olaraq oyuna baxdıqdan sonra deyə bilərəm. -Son ötürmələrdə qeyri-dəqiqiliyi olurdu, amma ümumi Danidən razı qaldım. Növbəti oyunlarda daha yaxşı oynayacaq. - Rəşad lazım olan anda hücuma qoşulur. Bunu hiss etmək lazımdır. Rəşadın təcrübəsi buna imkan verir. Amma müdafiəni də unutmaq olmaz. Siz dediyiniz qədər hücuma göndərməyəcəm. - Biz də ondan daha yaxşı oyun gözləyirik. Amma 6 aydan çox zədəli olub, sonra formasını bərpa edib. Ümumiyyətlə hücumçu qol vurmayanda mənfi cəhətləri çox görünür. Düşünürəm ki, Reynaldo bacardığını edir. Belə oyunlarda təhlükəli hücumçulara qarşı rəqib müdafiəçilər daha diqqətli oynayırlar. Hər məşqçi Reynaldoya qarşı yaxın oynamağı tapşırır. - Bu gün bu sistemi seçmişdim. Bu sistemlə uğur qazanırıq. Sizinlə bizim düşüncəmiz fərqlidir. Bu sistem tam oturub, biz bunu daha da yaxşılaşdırmaq istəyirik. Belə olduğu halda futbolçularımız hücumda daha rahat oynaya bilir. -Biz oyunu gec saata salmaq istəyirdik. Bəlkə də tez olduğu üçün tribunada boş yerlər var idi. - Biz hücumda çox oynamaq istəyiriksə, ofsayd epizodlarımız çox olacaq. 3 oyuna 19 ofsayd vəziyyəti olub. Bu daha çox rəqibin düzgün müdafiə olunması ilə bağlıdır. - Son 3-4 oyunda Elvin pis təsir bağışlamır. Elvin haqda elə düşüncə yaranıb ki, top onda olarkən hamı həyəcanlanır. Amma biz Elvinə inanırıq, oyunundan razıyam. Boyunun hündür olması da üstünlüyüdür. Ümumi götürəndə Elvindən razıyam, ansanblı pozmadı. - Futbolçu səhv edəndə onu oyundan çıxarmaq, ona təzyiq göstərmək düzgün deyil. Miçel sistemimizə uyğun futbolçudur. - Biz Çempionlar Liqasına vəsiqə qazana bilmədik. Əgər orada olsaydıq, mübarizə aparardıq. Cia.az
|
