|
Əbülfəs Qarayev: “Gələn turistlər otellərdə yer tapa bilmirlər”

“Azərbaycana gələn turistlər çox vaxt otellərdə yer tapa bilmirlər. Bu, stimuldur. Ona görə də növbəti mərhələdə yeni otellərin tikilməsi nəzərdə tutulur”.

“Report”un xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayında kifayət qədər artım müşahidə olunub: “Viza rejiminin sadələşdirilməsi, qonaqpərvərlik sisteminin təkmilləşdirilməsi sahəsində aparılan işlər müsbət nəticəsini verməkdədir. Hazırda biz otellərdə yerlərin məhdudluğu ilə rastlaşırıq”.

Cia.az