|
Bakıda 2 azyaşlı bədbəxt hadisələrin qurbanı oldu

Bakı şəhərində 1 yaşlı uşaq faciəli şəkildə ölüb.

Bu barədə Cia.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sentyabrın 14-də Xəzər rayonunun Qala kəndində 1 yaşlı Zeynəb Quliyeva kanalizasiya quyusuna yıxılıb. Uşağın meyiti oradan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

 

Digər bədbəxt hadisə isə Nizami rayonunda baş verib. Məlumata görə, sentyabrın 14-də Paytaxtın Nizami rayonunda 3 yaşlı Fərid Hüseynov evlərinin eyvanından (5 mərtəbəli binanın 3-cü mərtəbəsindən) yıxılıb.

 

Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Cia.az