|
Düşənbədə sərnişin təyyarəsi təcili eniş edib
Tacikistanın “Somon Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Düşənbədə təcili eniş edib.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb təyyarədə üzə çıxan texniki nasazlıq olub.
 
Düşənbə-Sankt-Peterburq aviareysini yerinə yetirən təyyarə havaya qalxandan sonra yaranmış texniki problemlə əlaqədar yenidən Düşənbə aeroportuna qayıdıb. Sərnişinlərin digər təyyarə ilə Sankt-Peterburqa göndəriləcəklər. 
Cia.az