ABŞ Rusiya və Çinin yaratdığı anti-Qərb koalisiyasına diqqətini artırmalıdır.
Axar.az xəbər verir ki, bu iddia ilə “Faynənşl Tayms” qəzeti çıxış edib. Qəzet ABŞ-ın bir dəfə Çinlə bağlı səhv etdiyini bildirib:
“Soyuq müharibə dövründə ABŞ kəşfiyyatı Çinlə SSRİ arasında yaranan parçalanmanı gözdən qaçırdı. Bu, sonradan böyük problemə səbəb oldu. Əgər Vaşinqton o zaman real vəziyyəti bilsəydi, bu fikir ayrılığından yararlana bilərdi. İndi də ABŞ və müttəfiqləri başqa bir səhv buraxmağa risk edirlər. Analitiklərin çoxu bu ittifaqa inanmırlar, amma istənilən fikrə rəğmən, iki ölkə arasında münasibətlər hər gün daha da inkişaf edir. Çin ənənəvi olaraq ciddi alyanslardan qaçır, amma hazırkı ölkə lideri Si Szinpin formal ittifaqlara isti yanaşır. Təkcə son üç il ərzində o, Rusiya Prezidenti Vladimir Putinlə 17 dəfə görüşüb. Rusiya da hazırda Çinlə ittifaqda müəyyən qorxulara sahibdir. Belə ki, bunun sayəsində Moskva regionda bəzi müttəfiqlərini itirə bilər. Moskvanı həmçinin Uzaq Şərqin demoqrafik problemi narahat edir. Üstəlik, bu ittifaqda Rusiya daha kiçik tərəfdaş kimi görünə bilər”.
