|
Qlobal investisiyalar 1,8 trilyon azaldı

2015-ci ildə energetika sektoruna qlobal investisiyalar 1,8 trilyon dollara qədər azalıb.   

 
Axar.az xəbər verir ki, bu barədə informasiya Beynəlxalq Energetika Agentliyinin “Dünyadakı energetika investisiyalar 2016” hesabatında yer alıb. Hesabata əsasən, keçən il ərzində dünya ölkələri daha çox alternativ enerji mənbələrinə investisiyalar yatırıblar. 2015-ci ildə energetikaya ən böyük investisiya Çin tərəfindən qoyulub. Bu da təxminən 315 milyard dollar miqdarında dəyərləndirilir. 
 
ABŞ-da da energetika sektoruna qoyulan yatırımlar azalıb. Keçən il ABŞ-da bu azalma 280 milyard dollar səviyyəsində olub. 
Cia.az